Anar yenə sədr olmaq istəyir

Anar yenə sədr olmaq istəyir
  13 İyun 2014    Oxunub:1259
Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postunda qalmaq niyyətini açıqlayıb.
Xalq yazıçısı bunu “525-ci qəzet”in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.

“XII qurultayımız” adlı yazısında Anar bildirib: “Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacağam? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm, deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”.

Qeyd edək ki, Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı iyunun 17-si Bakıda, Akademik Milli Dram Teatrında keçiriləcək.


Teqlər:  





Xəbər lenti