Bakıda “piknik” niyə qadağandır? -AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev isə Trend-ə bildirib ki, "piknik" sahələrinin yaradılması üçün Bulvar, Şəhidlər xiyabanı ərazisindən, ya da şəhər daxilindəki bağlardan istifadə etmək olmaz. Bundan ötrü müəyyən qədər şəhərətrafı ərazi lazımdır. Şəhərətrafı ərazilərdə isə demək olar ki, boş yer yoxdur.
Əvvəllər Bakıda insanların "piknik" edə bilməsi üçün bir neçə yerin olduğunu xatırladan C.Qocayev indi həmin yerlərin hamısının ayrı məqsədlər üçün istifadə edildiyini qeyd edib: "Əvvəllər dəniz sahilləri ilə yanaşı, insanlar aeroporta gedən yollarda, zeytun sovxozlarının ərazilərində özləri üçün süfrələr aça bilirdilər. Ancaq nizamsız məskunlaşma ucbatından həmin yerlər sıradan çıxıb. Həmin yerləri yenidən yaratmaq elə də asan məsələ deyil. Çünki həmin yerlərdəki insanlar köçürülməli və bu yerlərdə yenidən meşəlik salınmalıdır".