Tədbirdə çıxış edən QHGT-nin Baş katibi Leyla Həsənova təşkilatın 2021-2023-cü il ərzində həyata keçirdiyi fəaliyyətlərin xülasəsini təqdim edib. Daha sonra, qonaqlar təşkilatın layihələri ilə bağlı videoçarx və fototəqdimatla tanış olublar. Ardınca, QHGT-nin katiblik nümayəndələri çıxış edərək nümayəndələrə təşkilatın yaranma tarixçəsi, missiyası və dəyərləri ilə bağlı ətraflı məlumat veriblər. Təşkilatın fəaliyyəti ilə təqdimatların ardınca, qonaqlar QHGT-nin mənzil qərargahı və onun daxilində təsis olunmuş tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 50 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


