Gəlinin toy günü başını kəsdilər - YENİLƏNİB

Gəlinin toy günü başını kəsdilər - YENİLƏNİB
  13 İyun 2014    Oxunub:1239
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib.
Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.

Naməlum şəxs rayon sakini, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, F. Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

***

Gədəbəy rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu törədib.

O, keçmiş həyat yoldaşı - 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qətlə yetirərək hadisə yerindən qaçıb.

Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.

Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib.

E. Qasımovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(apa)


Teqlər:  





Xəbər lenti