Məşhur gözəllik salonları cərimələndi

Aparılan yoxlamalar zamanı hər iki gözəllik salonunda xidmət zamanı istifadə olunan müxtəlif əmtəə nişanlı saç boyalarının, saç kremlərinin, dırnaq laklarının və digər kosmetik vasitələrin uyğunluq sertifikatlarının olmadığı aşkar edilib. Bundan başqa kosmetik vasitələrin üzərində Azərbaycan dilində məlumatların əks olunmadığı müəyyən edilib. Həmçinin, müəssisədə çalışan personalın tibbi kartları və peşə təhsilini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib.
Sözügedən gözəllik salonlarında aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə xəbərdarlıq edilib.