PUA-ların icazəsi sadələşdiriləcək
Komitə sədrinin sözlərinə görə, pilotsuz uçuş aparatlarının kiçik həcmdə olanları böyük təhlükə yarada bilir. Bir neçə santimetr uzunluğunda olan pilotsuz uçuş aparatları var ki, bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə törədə bilirlər.
“Pilotsuz uçuş aparatlarının idxalında bir neçə dövlət orqanından icazə almaq lazım gəlir. Bu isə prosesin uzanmasına gətirib çıxarır. Bu aparatın texnologiyasının öyrənilməsi, istifadə edilməsi, yayılması gələcəyimiz üçün vacibdir. Eyni zamanda, düşünürük ki, tənzimləməni müəyyən qədər sadələşdirmək lazımdır”, - deyə Tahir Mirkişili qeyd edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


