"Kişiliyin olsun, boynuna al"- Zərərçəkən Xaçatryana

   "Kişiliyin olsun, boynuna al"-    Zərərçəkən Xaçatryana
  24 Oktyabr 2023    Oxunub:2022
"Meşəli hadisələrində atışma başlayanda ailəmlə kənddə idim.Dekabrın 23-ü aramsız güllə səsinə oyandıq. Qonşumuz Qəniməti balta ilə başına vurandan sonra güllələdilər".
AzVision.az xəbər verir ki, bunu Meşəli kənd orta məktəbinin direktoru Alışov Alış Musa oğlu Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsinin baxış iclasında deyib. V.Xaçaturyan deyilənləri təkzib edib.

"Sən nə qədər həyasız adamsan, Vaqif?" - Zərərçəkmiş+ Video
Zərərçəkən: Vaqif, sən Sadayın evinin qapısında deyildin? Qəniməti öldürəndə orada deyildin? Camaatı sarımısan?

Vaqif: Mən orada olmamışam.

Zərərçəkən: "Sən necə adamsan? Anamın 78 yaşı var idi, onu vurub öldürdünüz.

Vaqif: Sən müəllimsən, Allah canını sağ etsin. Amma mən orada olmamışam.

Zərərçəkən: Kişiliyin olsun, boynuna al. Məktəbimizi vururduz, yolumuzu kəsirdiz.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti