Aqşin Yenisey: “Getdikcə yaxşılaşıram”

Aqşin Yenisey: “Getdikcə yaxşılaşıram”
  13 İyun 2014    Oxunub:1437
“Hələ ki, həkimlər məni evə buraxmağın tərəfdarı deyil”.
Bakıdakı Mərkəzi Gömrük Hospitalında qaraciyər sirrozu və sarılıq xəstəliyindən müalicə olunan şair Aqşin Yenisey iyunun 13-də “Media forum” saytına danışıb. O deyib ki, səhhəti getdikcə yaxşılaşır: “Həkimlər sürətli irəliləyişin olduğunu deyir. Analizlərin nəticələri gözləniləndən də yaxşı çıxır.

Həkimlər müalicənin nəticəsindən razıdır. Amma müalicə yenə də davam etdirilir. Həftədə iki dəfə laboratoriya göstəricilərinə baxılır. Göstəricilərdə xeyli müsbət dəyişiklik var.

Hələ ki, həkimlər məni evə buraxmağın tərəfdarı deyil. Çünki ciddi həkim nəzarətində olmalıyam. Müalicənin ikinci mərhələsi də olacaq”.

36 yaşlı Aqşin Yenisey bir neçə şeir kitabının, həmçinin “Göləqarğısancan” romanının və çoxsaylı məqalələrin müəllifidir.


Teqlər:





Xəbər lenti