Ağdamda silah-sursat tapılıb

 Ağdamda silah-sursat tapılıb
  24 Oktyabr 2023    Oxunub:1595
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çullu kəndi ərazisində axtarış tədbirləri həyata keçirib.

Nəticədə 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

AzVision.az



Teqlər:



Xəbər lenti