Prezident dövlət proqramını təsdiq etdi
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


