Azərbaycan “sədrlik troykası”nda yer alacaq

   Azərbaycan “sədrlik troykası”nda yer alacaq
  25 Oktyabr 2023    Oxunub:1383
Azərbaycan növbəti üç il ərzində Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alacaq.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gələn il yanvarın 15-20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək: "Ölkəmiz növbəti üç il müddətində Hərəkatın “sədrlik troykası”nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək".

AzVision.az


Teqlər:



Xəbər lenti