Tağı Əhmədovun tikdiklərini yeni rəis sökdürür - FOTOLAR

Tağı Əhmədovun tikdiklərini yeni rəis sökdürür - FOTOLAR
  14 İyun 2014    Oxunub:869
“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov vəzifəsindən kənarlaşdırıldıqdan sonra metro stansiyalarının bəzilərində yenidən söküntü işlərinə başlanılıb.
Hələ Tağı Əhmədovun rəis olduğu dövrdə “28 May” stansiyası tam təmir və yenidən qurularaq, əhalinin istifadəsinə verilib. Metronun bütün daxili və xarici görnüşü yenidənqurma işlərindən sonra dəyişdirilib. Stansiyada eskalatorlar yeniləri ilə əvəz edilib, onların sayı 3-dən 4-ə çatdırılıb. Bununla bərabər, təmir-tikinti işləri çərçivəsində metro stansiyasında vestibülünə mərmər-qranit təbəqəsi döşənib. Eyni zamanda elektrik sistemləri üzərində də iş gedib və yeni avadanlıqlar qurlaşdırılıb. Amma nədənsə “28 May” stansiyasının əsas girişi hələ də istifadəyə verilməyib.

Bir neçə ay əvvəl metronun giriş və çıxış hissəsinə döşənən mərmər pilləkən və döşəmənin isə sökülməsinə başlanılıb.

Digər məlumata əsasən Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunduqdan sonra “28 May” və bəzi başqa stansiyalarda da aparılan təmir işlərindən ümumiyyətlə narazı olduğunu bildirib(AzNews.az).






Teqlər:





Xəbər lenti