"Azərbaycanlılara qarşı soyqırım törədənlərin Allah canını aldı" - Xaçatryan

  "Azərbaycanlılara qarşı soyqırım törədənlərin Allah canını aldı" -    Xaçatryan
  25 Oktyabr 2023    Oxunub:2289
44 günlük müharibədən sonra Badara kəndinin erməniləri arasında çaxnaşma düşmüşdü.
AzVision.az xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryan barəsində olan cinayət işi üzrə məhkəmə prosesində prokurorun suallarını cavablandırarkən deyib.
"Dəmir kaskalı erməni silahı mənə tərəf tutub, bədənimə təpiklə vurmağa başladı" - Zərərçəkən


O bildirib ki, müharibə başlayanda Badara sakinləri kənddən qaçmağa başladılar: "Hamısı kənddən qaçmışdı. 220-dən çox erməni kəndi qoyub qaçmışdı. Noyabrın 9-da üçtərəfli müqavilədən sonra bəziləri kəndə qayıtsa da, qalanları qayıtmadı. Kim ki müharibədə iştirak etmişdi, azərbaycanlılara qarşı soyqırım törətmişdir, Allah onların canını aldı. İndi onlardan sağ qalan yoxdur".


Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti