Tacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olub

   Tacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olub
  25 Oktyabr 2023    Oxunub:1210
Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.




AzVision.az



Teqlər:



Xəbər lenti