Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub

   Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub
  25 Oktyabr 2023    Oxunub:1135
Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

AzVision.az -ın APA-ya istinadən xəbərinə görə, qətlə yetirilən 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlu qul bazarında işləyirmiş. O, iş yoldaşı 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb. Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.

Onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb.

AzVision.az



Teqlər:



Xəbər lenti