Nazir tələbəlik illərindən danışdı - FOTOLAR

Nazir tələbəlik illərindən danışdı - FOTOLAR
  14 İyun 2014    Oxunub:1083
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi, indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, sovet dövründən bu günədək Silahlı Qüvvələr üçün zabit kadrları hazırlayan nüfuzlu hərbi təhsil müəssisələrindəndir.
AzVision.az xəbər verir ki, 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş, MDB ölkələrindən olan 40-dan çox məzun iyunun 12-si və 13-də həmin buraxılışın 35 illiyini qeyd etmək üçün ölkəmizə gəliblər.

Qonaqlar öncə Fəxri xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın, həmçinin Şəhidlər xiyabanında Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib və gül dəstələri qoyaraq ehtiramlarını ifadə ediblər.

Respublikamıza qonaq gəlmiş məzunlar, o cümlədən, həmin buraxılışın məzunları olmuş Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrimizin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Azərbaycanın Milli Qəhrəmanı, Müdafiə Nazirliyi Baş İnspeksiyanın rəisi polkovnik Fəxrəddin Cəbrayılov təhsil aldıqları hərbi məktəblə, indiki Təlim və Tədris Mərkəzi ilə yaxından tanış olaraq idman kompleksi, yeməkxana, mehmanxana, tədris korpuslarına baş çəkib, trenajorların fəaliyyətini izləyiblər. Qonaqlar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məktəbin həyətindəki abidəsi önünə əklil qoyub və xatirə şəkli çəkdiriblər.

Tədbirin ən maraqlı məqamlarından biri də Təlim və Tədris Mərkəzində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun məzunlarla görüşü olub.

Mərasimdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunları salamlayaraq, onlara xoş arzularını bildirib.

Müdafiə naziri həmçinin özünün də hərbi təhsil illəri xatirələrini yada salaraq, məktəb məzunlarının bu cür görüşlərinin davamlı olmasını arzulayıb.

Həmin gün qonaqlar vaxtilə özlərinin də təlimlər keçdiyi "Üçtəpə" Təlim Mərkəzinə gedərək, son illərdə burada aparılan quruculuq işləri ilə tanış olublar.

Qalereya




Teqlər:  





Xəbər lenti