Tərtərdə minaya düşən şəxsin qolu amputasiya olundu - YENİLƏNİB
Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. Araşdırma aparılır.
07:56
Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


