Nazirlik qızılca ilə bağlı vətəndaşlara müraciət edib

 Nazirlik qızılca ilə bağlı vətəndaşlara müraciət edib
  26 Oktyabr 2023    Oxunub:1425
Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə xəstəliyin qarşısının alınması üçün vaksinasiyanın vacibliyini vurğulanıb.

“Hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsini tövsiyə edirik”, - müraciətdə qeyd olunub.

Qeyd edək ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanın 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar əsasən qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.

AzVision.az


Teqlər:



Xəbər lenti