"Məsafədən maliyyə xidmətləri kibertəhlükəsizlik məsələsini artırıb" - Taleh Kazımov

   "Məsafədən maliyyə xidmətləri kibertəhlükəsizlik məsələsini artırıb" -    Taleh Kazımov
  26 Oktyabr 2023    Oxunub:1486
"Məsafədən maliyyə xidmətlərinin genişlənməsi kibertəhlükəsizlik məsələsini artırıb. Günlər ərzində həyata keçirilən hesablaşmalar real rejimdə həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu ilin 9 ayında internet bankçılıqla həyata keçirilən əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyarda çatıb.

Mobil bankçılıq ilə əməliyyatlar isə bu dövrdə 2.4 dəfə artıb. Qapalı bankçılıqdan açıq bankçılığa, açıq maliyyələşməyə keçid Mərkəzi Bankın əsas hədəfidir. Bu da kibertəhlükəsizlik sahəsində görüləcək işlərin gücləndiməsini vacib edir".

T.Kazımov qeyd edib ki, bu gün Mərkəzi Bankla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti