"Kiberməkanda da müharibəyə hazır olmalıyıq"

   "Kiberməkanda da müharibəyə hazır olmalıyıq"
  26 Oktyabr 2023    Oxunub:1252
"Biz istənilən məkanda olduğu kimi kiberməkanda da müharibəyə hazır olmalıyıq. Bu məkanda da döyüşçülər hazırlamalıyıq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin 85 faizindən çoxu internetdən istifadə edir.

"Bu gün ölkədə internetdən istifadə də senzura yoxdur. Rəqəmsallaşma vacib olsa da, onun Azərbaycan üçün gələcək təhlükələri də mövcuddur. Son illərdə bu sahədə görülən işlər nəticəsində Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Bu sahədə milli kadrların hazırlanması olduqca vacibdir. Kibertəhlükəsizlik sahəsində milli kadrlar olmadan hər hansı iş nəticə əldə etmək mümkün deyil".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti