"Antiterror əməliyyatında kiberhücumlara qarşı tədbirlər həyata keçirildi" - Nazir müavini

   "Antiterror əməliyyatında kiberhücumlara qarşı tədbirlər həyata keçirildi" -    Nazir müavini
  26 Oktyabr 2023    Oxunub:1278
"İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma prosesinin sürətlənməsi qlobal səviyyədə kiberhücumların sayının artmasına səbəb olur. Azərbaycanın informasiya məkanının mümkün təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, Vətən müharibəsi, eyni zamanda ötən dövrdə həyata keçirilən antiterror əməliyyatları zamanı ölkəmizə məxsus inernet informasiya resurslarına qarşı hücumların qarşısının alınması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

"Kibertəhlükəsizlik Mərkəzinin ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşmasında, cəmiyyətin bütün üzvlərinin bu prosesə tam hazırlıqlı olması üçün önəmli rol oynayır.

Kibertəhlükəsizliyin təmin edilməsi müasir avadanlıq və proqram təminatlarının tətbiq edilməsi deyil, həmçinin insan, proseslər və texnoloji amillərin birlikdə dəyərləndirməsi ilə mümkündür".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti