Azərbaycanda iki yeni data mərkəzi açılacaq - RƏSMİ

 Azərbaycanda iki yeni data mərkəzi açılacaq -    RƏSMİ
  26 Oktyabr 2023    Oxunub:1395
"Artıq 100-dən çox dövlət qurumunun informasiya sistemləri "AzİnTelekom"un Hökümət buluduna tam və ya qismən inteqrasiya edib".
AzVision.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, bulud xidmətləri Bakı və Yevlax şəhərlərində yerləşən iki data mərkəz üzərindən həyata keçirilir.

"Bütün dövlət qurumlarının Hökümət buluduna inteqrasiyasının təmin edilməsi məqsədilə iki yeni data mərkəzin layihələndirilməsi işlərinə başlanılıb. Artıq layihələrin hazırlanması üçün beynəlxalq şirkət cəlb edilib, yeni data mərkəzlərinin konsepsiyası hazırlanır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti