"Kibertəhlükəsizlik mütəxəssislərinə ehtiyacımız var"
"Rəqəmsallaşma nəticəsində virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyaların gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq və məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.
Yeni trendlər göstərir ki, iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır. Bu baxımdan gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır.
Qeyd etməliyəm ki, təhsilli, savadlı kadrların formalaşması, o cümlədən biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdən biridir. KOBİA olaraq biz KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıyıq. İKT və kibertəhlükəsizlik sahəsində çalışan əməkdaşlar informasiya təhlükəsizliyinin əsas prinsiplərini başa düşməli, etibarlı şifrələr seçməli, göndərilən və qəbul edilən e-poçt və əlavə edilən fayllara diqqət yetirməli və məlumatların ehtiyat nüsxəsinin digər mənbələrdə etibarlı saxlanılmasını təmin etməlidir".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


