Sədr sahibkarların problemlərindən danışdı

   Sədr sahibkarların problemlərindən danışdı
  26 Oktyabr 2023    Oxunub:1209
"Sahibkarlıq fəaliyyətinin tam rəqəmsallaşdırılması bu sahədə şikayətlərin və problemlərin azalmasına səbəb olacaq".
AzVision.az xəbər verir ki, bunu Kiçik və orta biznesin inkişafı Agenyliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. O qeyd edib ki, sahibkarların maliyyə çıxışı da tam rəqəmsallaşmalıdır.

"Sahibkarların problemləri səhmlərin yığılmasında olur. Regionlarda sahibkarlara dəstək olsaq, tam rəqəmsallaşma olsa, sahibkarlıq subyektləri bu məsələdə tam şəffaflığa nail olacaqlar".

O.Məmmədov qeyd edib ki, KOB-ların rəqəmsallaşması, kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və təlim tədris mərkəzlərinin açılmasında da maraqlıdırlar.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti