DTX rəsmisi: “Bölgədə baş verənlər, Azərbaycana tez çata bilir”

  DTX rəsmisi:  “Bölgədə baş verənlər, Azərbaycana tez çata bilir”
  26 Oktyabr 2023    Oxunub:1199
“Kritik informasiya strukturları obyektləri siyahısının təsdiq olunması barədə Nazirlər Kabineti tərəfindən verilən tapşırıq icradadır. Bununla bağlı müraciət edilib. 30 gün ərzində sorğuların cavablandırılması qoyulsa da, bu müddət təəssüf ki, 90 günə çatıb”.
AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kritik informasiya strukturları sahibləri obyektləri müəyyən etməkdə çətinlik çəkir: “Hər il bu obyektlərin siyahısında dəyişikliyin təsdiqi nəzərdə tutulub”.

D.Rüstəmov bildirib ki, müəyyən sahələrdə kadr çatışmazlığı müşahidə olunur: “Təhidlər qlobaldır, sərhəd tanımır. Digər bölgədə baş verənlər, Azərbaycana tez çata bilir. Spamlar, fişinqlər aşağı səviyyədə qiymətləndirilsə də, lakin ssenarinin arxasında bir APT tərəfindən keçirilmədiyini zəmanət verilmir.

Fərdi məlumatlara, infrastrukturları hədəf alan çoxlu kibertəhdid aktları var ki, buna qarşı mübarizə təşkil olunur. Xarici xüsusi xidmət orqanlarında da irəli təcrübə mövcuddur. Onlarla sıx əlaqədə işləyir. Onlardan alınan kibertəhdid məlumatlarını mərkəz formasında qurduöumuz platforma üzərindən paylaşmağı düşünürük".

D.Rüstəmov qeyd edib ki, mülki müdafiə planın hazırlanması ilə böyük tapşırıq var: “Artıq mülki müdafiə planın tərkibinə kibertəhdidlər də əlavə olunub. Planın tərkibində kiberböhran hallarının idarə olunması ilə bağlı milli plan olacaq. Bu, olduqca vacibdir. Ölkədə hansısa böhranda kibertəhlükəsizlik vəziyyəti necə idarə olunacaq və qurumların cavabdehliyi necə olacaq? Yaxın müddətdə mükəmməl sənəd hazırlanacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti