Nazirlik "Google Map"la bağlı əhaliyə müraciət etdi

 Nazirlik "Google Map"la bağlı əhaliyə müraciət etdi
  26 Oktyabr 2023    Oxunub:1269
"Google Map"da bir neçə nəfər müraciət edib, bir yeri tag edib, hər hansı ad verə bilirlər. Bu, Google Map platformanın imkanlarıdır. Bu istiqamətdə platformalarla müzakirə aparırıq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov "Googlemap"da məkan yerlərinin adlarının dəyişdirilməsi məsələsinə toxunarkən deyib.

O qeyd edib ki, xəritədə həqiqətə uyğun olmayan yerlər, təxribatedici məqamlar aşkar edildikdə aidiyyatı sosial şəbəkələrdə, platformalara müraciət olunur, silinməsi qeyd olunur.

"Həmin nöqtələr silinir. Bu, həmin platformanın texniki imkanlarıdır və bu imkanlar bütün ölkələr, bütün istifadəçilər üçün eynidir. Vətəndaşlar belə yerlərlə rastlaşırlarlarsa. bizə müraciət edə bilərlər. Biz isə lazımı tədbirləri görəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti