"Dönərdən zəhərlənən 4 şagirdin müalicəsi davam edir" - TƏBİB
Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


