Prokurorluq Göyçayda konfrans təşkil edəcək

Prokurorluq Göyçayda konfrans təşkil edəcək
  27 Oktyabr 2023    Oxunub:1028
Azərbaycan Respublikasının Baş Prokurorluğu noyabrın 3-də Göyçay şəhərində ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a məlumat verilib.

Bildirilib ki, “Heydər Əliyev və şanlı Zəfər tariximiz” mövzusunda konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad və Şəmkir şəhərlərində regional konfranslar təşkil olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti