Naxçıvanda "Bir millət iki dövlət" forumu keçirilir

Naxçıvanda "Bir millət iki dövlət" forumu keçirilir
  26 Oktyabr 2023    Oxunub:615
Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bir millət iki dövlət" forumu keçirilir.
AzVision.az xəbər verir ki, forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Adil Əliyev, “TÜRKSOY”un baş katibinin köməkçisi Seyid Yusif, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti