Səfər çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə nümayəndə heyəti arasında görüş keçirilib. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb.
Dövlət Agentliyinin sədri Moldovanın müvafiq qurumu ilə həyata keçirilən uğurlu əməkdaşlığa toxunaraq bundan sonra da dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan təcrübəsinin bölüşülməsi istiqamətində dəstəyə hazır olduqlarını qeyd edib.
Səfər proqramı çərçivəsində nümayəndə heyətinə Dövlət Agentliyinin müxtəlif şöbələri tərəfindən geniş təqdimatlar edilib.
Qonaqlar 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Şamaxı “ASAN Həyat” kompleksi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiyə Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, “ABAD” və ASAN Radionun fəaliyyəti ilə yaxından tanış olublar.
Səfərin nəticələrinə əsasən Dövlət Agentliyi ilə Moldova Respublikasının Dövlət Xidmətləri Agentliyi arasında “ASAN xidmət” təcrübəsinin bölüşülməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması barədə ilkin razılığa gəlinib.


-5095177935.jpg)
-1698392679.jpg)



AzVision.az