İsrail Qəzza zolağında yerüstü reydin görüntüsünü paylaşdı - Video

   İsrail Qəzza zolağında yerüstü reydin görüntüsünü paylaşdı -    Video
  27 Oktyabr 2023    Oxunub:974
İsrail Müdafiə Qüvvələri öz Telegram kanalında Qəzza zolağında zirehli texnikanın yerüstü reydi və hava hücumlarının videosunu yayımlayıb.
İsrail ordusunun məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Qəzza zolağında məqsədyönlü reydlər keçirib və Şücayə bölgəsində və bütün Qəzza zolağında radikal HƏMAS təşkilatına məxsus onlarla hədəfi vurub.

Zərbələr tank əleyhinə raket buraxılış məntəqələrinə, hərbi komandanlıq və idarəetmə mərkəzlərinə, həmçinin HƏMAS üzvlərinə vurulub.

Bundan əvvəl məlum olub ki, İsrail Ordusunun bölmələri yerüstü reyddən sonra Qəzza zolağını tərk edib.

Fələstin hərəkatının Moskvadakı nümayəndə heyətinin nümayəndəsi Əbu Həmid “Kommersant” qəzetinə bildirib ki, HƏMAS atəşkəs razılaşdırılmayana qədər girovları azad etməyəcək.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti