Dönərdən zəhərlənən bütün şagirdlər evə buraxılıb

   Dönərdən zəhərlənən bütün şagirdlər evə buraxılıb
  27 Oktyabr 2023    Oxunub:1056
24-25 oktyabr tarixlərində dönərdən zəhərlənmə səbəbilə Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 20 nəfər ambulator müalicə üçün evə buraxılıb.

27.10.2023-cü il tarixində müalicəsi davam etdirilən son 4 nəfər də ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti