Anar Məmmədova mükafat verildi

Anar Məmmədova mükafat verildi
  14 İyun 2014    Oxunub:1010
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu “Garant Holding”in İdarə Heyətinin sədri Anar Məmmədov Türkiyədə “İpək Yolu” Beynəlxalq Media Qrupu tərəfindən təsis edilmiş nüfuzlu “İlin altun adamı” mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, mükafatı Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu təqdim edib.

A.Məmmədov təəssüratlarını facebook-da bölüşüb. Bildirib ki, rəhbəri olduğu Azərbaycan-Amerika Alyansının ABŞ-da Qarabağ həqiqətləri və Xocalı soyqırmının tanıdılması istiqamətində fəaliyyəti Türkiyə mediasının diqqətindən yayınmayıb.

“Belə ki, mən, bu gün Türkiyədə “İpək Yolu” Beynəlxalq Media Qrupu tərəfindən təsis edilmiş nüfuzlu “İlin altun adamı” mükafatına layiq görüldüm. Hesab edirəm ki, bu, təkcə mənim deyil, Azərbaycan-Amerika Alyansının simasında bizlərin hər birimizin uğurudur”.

AzVision.az


Teqlər:





Xəbər lenti