Bu il Bakıda 31 qadın evdə doğuş edib

   Bu il Bakıda 31 qadın evdə doğuş edib
  27 Oktyabr 2023    Oxunub:1420
Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə təcili və təxirəsalınmaz tibbi yardıma evdə doğuşla bağlı 31 müraciət daxil olub.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, təcili yardım həkiminin yanında 9 doğuş baş tutub.

"Həkimə qədər isə 22 doğuş reallaşıb. Bütün pasiyentlər tibb müəssisələrinə hospitalizasiya edilib".

Qeyd edək ki, bir müddət öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qurumun 2022-ci il üçün illik məlumatının müzakirəsində evdə doğuş hallarının artmasını və bunun gizlədilməsini vurğulamışdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti