Nadir Adilov: “Rüblük hesabatlarımız keyfiyyətli mediasiya üçün mühüm amildir”
“Fürsətdən istifadə edib, bu nəticələrə gəlməyimizdə mediatorlarımıza, mediasiya təşkilatlarımıza, tərəfdaşlarımıza və Mediasiya Şurasının əməkdaşlarına dərin təşəkkür edirəm”- deyə o bildirib.
Nadir Adilov qeyd edib ki, hesabatda qanunvericiliyin tələblərinə uyğun olaraq, mediasiya məxfiliyinin qorunması şərti ilə 2023-cü ilin iyul, avqust və sentyabr aylarında mediasiya təşkilatlarında baxılan işlərin mediatorlar arasında adlı bölgüsü və eyni zamanda, mediatorların, həmçinin, mediasiya təşkilatlarının nəticələri qeyd edilib. Hər bir mediatorun icraatında olan iş sayı, əldə etdiyi barışıq sazişlərinin sayı da dəqiq əksini tapıb.
Sənəd qanunvericiliyin və Mediasiya Şurasının nizamnaməsinin tələblərinə uyğun olaraq, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmaqla mediasiya təşkilatları tərəfindən təqdim edilmiş hesabat əsasında hazırlanıb.
Mediasiya Şurası 2023-cü ilin iyul, avqust və sentyabr ayları üzrə hesabatı ictimai rəyə təqdim etməklə bərabər, vətəndaşlara müraciət edərək, mediasiya xidmətlərinin keyfiyyəti, eyni zamanda, narazı qaldıqları mediasiya təşkilatları və mediatorlar barədə quruma rəsmi müraciət etmələrini xahiş edir. Əgər vətəndaşlar hər hansı mediasiya təşkilatı və ya mediatorun göstərdiyi xidmətlərdən razı qalmayıblarsa, bu barədə [email protected] və yaxud [email protected] elektron poçtuna həmin işin xüsusatları, mediasiya təşkilatının və mediatorun adını göstərməklə yaza bilərlər. Vətəndaş müraciətlərinin məxfiliyinə və qanunvericilikdə nəzərdə tutulan mediasiya məxfiliyinin qorunmasına zəmanət verilir. Vətəndaşlarla əks əlaqəni çevik təmin etmək üçün mobil əlaqə nömrələrini qeyd olunması da xahiş edilir.
Teqlər: Mediasiya







Vaxtında, Aydın, Lazımlı!


