Azərbaycanın Slovakiyadakı səfiri dəyişib

   Azərbaycanın Slovakiyadakı səfiri dəyişib
  27 Oktyabr 2023    Oxunub:1320
Azərbaycanın Slovakiyadakı səfiri dəyişib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər Sərəncamla Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

AzVision.az


Teqlər:



Xəbər lenti