Son 5 ildə 121 polis xidmətdən azad edilib

   Son 5 ildə 121 polis xidmətdən azad edilib
  27 Oktyabr 2023    Oxunub:1144
Ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1 286 polis əməkdaşı barəsində araşdırmalar aparılıb.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.

O bildirib ki, bu müddətdə 121 nəfər xidmətdən xaric edilib, 139 nəfər tutduğu vəzifədən azad olunub. 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görülüb. Cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edilib, 16 əməkdaşın tutduğu vəzifədən azad olunub, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verilib.

AzVision.az


Teqlər:



Xəbər lenti