Tovuzda dolu yağdı: bəy-gəlin qaçdı

Tovuzda dolu yağdı: bəy-gəlin qaçdı
  14 İyun 2014    Oxunub:1833
Tovuza son günlər yağan güclü dolu kənd təsərrüffatına ziyan vurmaqla yanaşı sakinləri də, xeyli həyacanlandırıb.
AzVision.az-ın xəzər xəbər-ə istinadən verdiyi məlumata görə, rayonun ucqar dağ kəndi olan Kirəndə toy mərasimi güclü dolu səbəbindən yarımçıq qalıb.

Mağara düşən dolu parçaları gəlinlə bəyin buranı tərk etməsi ilə nəticələnib.Toyda iştirak edən sakinlər isə mağarın çadırından,dəmirindən tutaraq onu güclü küləyin uçurmamasına çalışıblar.Toyda iştirak edənlərin bildirdiyinə görə, hələ kəndə bu böyüklükdə dolu düşməyib. Ölçüsü qaz yumurtasını xatırladan buz parçaları 20 dəqiqəyə qədər Kirən sakinlərinə əsl adrenalin yaşadıb.Toy mağarını tərk etməyin mümükünsüzlüyünü görən kəndlilər isə yalnız göydən yağan buz parçalarını seyr etməklə kifayətləniblər. Toyxananı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan bəylə, gəlinin isə bu təbiətin şıltaqlığı yəqin ki, heç vaxt xatirələrindən silinməyəcək.






Teqlər:  





Xəbər lenti