Rusiya MN sülhməramlıların əməliyyat zonasını Qarabağ iqtisadi rayonu adlandırıb

   Rusiya MN sülhməramlıların əməliyyat zonasını Qarabağ iqtisadi rayonu adlandırıb
  27 Oktyabr 2023    Oxunub:972
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində sülhməramlıların Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.
AzVision.az xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.

27 oktyabr tarixli bülletendə qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Xankəndi ərazisində iki post yaradılıb.

Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti