Bərdədə terror qurbanlarının xatirəsi anılıb
Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub.
Qeyd edək ki, Bərdə şəhəri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


