İmtahan nəticələri nə vaxt açıqlanacaq?

İmtahan nəticələri nə vaxt açıqlanacaq?
  14 İyun 2014    Oxunub:1033
TQDK iyun ayının 13-də növbəti buraxılış imtahanları keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, TQDK iyunun 13-də 9 və 11-ci sinif şagirdləri üçün növbəti buraxılış imtahanları keçirmişdir. İmtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında həyata keçirilib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün binalarda şagirdlər üçün normal imtahan şəraiti yaradılmış, imtahanın təlimata uyğun keçirilməsinə nəzarət olunub.

TQDK-dan bildiriblər ki, imtahanın nəticələrinin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti