Paytaxt sürücülərinə şad xəbər

Paytaxt sürücülərinə şad xəbər
  14 İyun 2014    Oxunub:1160
Paytaxtın nəqliyyat problemlərinin aradan qaldırılması məqsədi ilə 72 parklanma ərazisinin tikintisi planlaşdırılıb.
Onların inşası tədricən həyata keçirilir. Bununla bağlı Nəqliyyat Nazirliyi Bakı şəhərinin parklanma strategiyasını hazırlayıb.

Bu barədə 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları” mövzusunda keçirilən konfransda Nəqliyyat Nazirliyinin nümayəndəsi Heydər Turabov məlumat verib. Bildirib ki, Proqramda paytaxt ərazisi üç parkinq zonasına bölünüb və hər zona üçün optimal parklanma növləri və yerləri müəyyənləşdirilib.

Şəhərin mərkəzi hissəsi tarixi abidələrlə zəngin olduğundan burada əsasən yeraltı parkinqlərə üstünlük verilir. Digər zonalarda isə yeraltı və yerüstü parkinqlər inşa edilir.(AzərTAc)


Teqlər:





Xəbər lenti