Rusiya və Azərbaycan xarici işlər nazirləri telefonda danışıblar

  Rusiya və Azərbaycan  xarici işlər nazirləri telefonda danışıblar
  28 Oktyabr 2023    Oxunub:1556
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, XİN rəhbərləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sülh müqaviləsinin hazırlanması, nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.

AzVision.az



Teqlər: Rusiya   Az'rbaycan   XIN  



Xəbər lenti