Müəllimlərin sınağı başa çatdı

Müəllimlərin sınağı başa çatdı
  14 İyun 2014    Oxunub:1117
Müəllimlərin Sınaq Qiymətləndirilməsi başa çatdı.
AzVision.az-a bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 4 gün davam edən Sınaq Qiymətləndirilməsi başa çatdı. 30 mərkəzdə təşkil olunan mərkəzlərdə Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümümi kontingentin 95%-dən çoxu) iştirak etdi.

Hazırda Cavab Kartlarının emalı prosesi gedir. Proses tam başa çatdıqdan sonra müəllimlər öz nəticələrini Bakı Şəhər üzrə Təhsil İdarəsinin saytında yaradılacaq xüsusi bölmədə öyrənə biləcəklər.

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil idarəsi tərəfindən paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçiriləcək. Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə fənn, metodika, kommunikativ qabiliyyətlə dair sorğu əsasında aparılıb. Bildirək ki, bu ilk dəfə idi ki, həyata keçirilirdi.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:





Xəbər lenti