Nazir vətəndaşlara ev payladı

Nazir vətəndaşlara ev payladı
  14 İyun 2014    Oxunub:908
Bərdə rayonunda 36 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
AzVision.az-ın məlumatına görə, evlər Bərdə rayonunda inşa olunan 4 mərtəbəli 36 mənzilli yaşayış binasında verilib.

Mənzillərin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edib. Nazir ilk növbədə yeni mənzil alan əlil və şəhid ailələrini qarşıdan gələn 15 İyun-Milli Qurtuluş günü, eyni zamanda yeni mənzil almaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Nazir indiyədək 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Prezidentin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırılıb. Artıq biz möhtərəm dövlət başçımızın 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq”.

Onun sözlərinə görə, ilin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyik tərəfindən açıq tenderin keçirilməsinə başlanıb.


Teqlər:





Xəbər lenti