Zakir Həsənov hərbçiləri təbrik etdi

Zakir Həsənov hərbçiləri təbrik etdi
  14 İyun 2014    Oxunub:800
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Zakir Həsənovun təbrik məktubunda bildirilir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin fədakarlığı və apardığı uğurlu siyasət nəticəsində respublikamız öz varlığını qoruyub saxlayıb, onun müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz inkişaf etdirilərək, ordu quruculuğunda vahid komandanlıq prinsipi bərqərar olunub, Azərbaycan Respublikasının müstəqilliyinin daimiliyi, əbədiliyi və dönməzliyi təmin edilib.

"Ümummilli liderin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi dayaqları möhkəmlənib, inkişaf tempinə görə respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlib, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşıb və ölkəmizin müdafiə qüdrəti daha da artıb.
İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlar əldə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hər an hazır olacaqsınız.
Hər birinizə möhkəm cansağlığı uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

AzVision.az


Teqlər:





Xəbər lenti