Avtobus qəza törətdi - VİDEO

Şəhər şossesi ilə üzü Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olan “Mersedes” maraklı minik maşını sürücünün nəzarətindən çıxıb. Nəticədə “Mersedes” “VAZ 2107”-nin arxasına çırpılıb. “VAZ 2107” öz növbəsində hərəkət halında olan sənişin avtobusuna toxunub.
Qəza zamanı xəsarət faktı qeydə alınmayıb. Amma “Mersedes” ve “VAZ 2107”-yə ciddi ziyan dəyib. Avtobusa dəyən ziyan az olduğundan o hərəkətini davam etdirib.
Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalardan sonra qəzaya yüksək sürətin səbəb oluduğu qənaətinə gəlinib.
Teqlər: