Azərbaycan və İtaliya Baş Qərargah rəisləri görüşdü
General-polkovnik K.Vəliyev italiyalı nümayəndə heyətini salamlayaraq onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan tarixi qələbə və cari ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlardan danışan Baş Qərargah rəisi Azərbaycan Ordusunda yeni texnologiyaların tətbiqi və kibertəhlükəsizlik sahəsində görülən işlərin əhəmiyyətini də diqqətə çatdırıb. Admiral C.K.Draqone, öz növbəsində, göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək hər iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa söykənən hərbi əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb.
Tərəflər Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


