"Maliyyə sisteminin inkişafı strategiyası tamamlanmaq üzrədir"

"Maliyyə sisteminin inkişafı strategiyası tamamlanmaq üzrədir"
  01 Noyabr 2023    Oxunub:976
Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun noyabrın 9-da qüvvəyə minəcək.
AzVision.az xəbər verir ki, bu fikirləri Mərkəzi Bankın icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən VII Beynəlxalq bankçılıq forumunda deyib.

"Noyabrın 9-dan sonra maliyyə bazarlarında ödəniş effektivliyinin formalaşdırılması istiqamətində zəruri və fundamental tədbirlərə başlanılacaq. Strateji hədəfimiz növbəti dövr ərzində açıq bankçılıq platforması konsepsiyasının formalaşdırılması, açıq bankçılıqdan açıq maliyyəyə keçidin sürətləndirilməsidir.

Bu keçid bizə imkan verəcək ki, bank sektoru ilə yanaşı, sığorta və digər kapital bazarları sahəsində də açıq məlumatların paylanması imkanlarını təşviq edək. Hazırda maliyyə sisteminin inkişafı strategiyası formalaşdırılır və bu strategiya tamamlanmaq üzrədir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti