Prezidentin müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb
Prezident İlham Əliyev, eyni zamanda, Fransanın dünyada ən çox mina istifadə etmiş ölkələrdən biri olduğuna, Azərbaycanın mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutduğuna diqqət çəkib.
Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması dövlətimizin başçısının, eyni zamanda, Azərbaycanın beynəlxalq proseslərdə oynadığı mühüm rolun, o cümlədən dünyada kolonializmə qarşı mübarizə sahəsində birgə səylərin səfərbər edilməsinə, bəşəriyyətin rifahı, dünyanın kolonializmdən xilas olması məqsədilə yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfələrinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


